Computer Science Flashcards
(8 cards)
Kompüterin proqram təminatı
Software - Kompüterin bütün texniki qurğularının işini idarə edən, informasiyanın emalının təşkili və idarə edilməsini təmin edən proqramlar kompleksidir.
Proqram təminatı proqramları funksiyalarına görə 3 sinifə bölür :
- Sistem proqramları (System Software)
- Tətbiqi proqramlar (Application Software)
- Proqramlaşdırma alətləri (Software tools)
Sistem proqramları
kompüterin bütün qurğularının əlaqəli işləməsini təmin etməklə, informasiyanın emalı prosesinin təşkilində tətbiqi proqramlar üçün normal informasiya mühitini təmin edir.
Sistem proqramlarına aiddir :
- Əməliyyat sistemləri (Operating Systems)
- Xidməti proqramlar (Utilitlər)
Əməliyyat sistemi
Kompüterin proqram təminatının əsasını təşkil edir, istifadəçi ilə kompüter arasında dialoqu yaradan, onun işini idarə edən və digər proqramların icra olunmasını təmin edən proqramlar kompleksindən ibarətdir.
kompüterin bütün elementlərinin iş qabiliyyətini təmin edən proqramlar toplusudur.
Əməliyyat sistemləri harada quraşdırılır (yazılır)?
Sərt diskdə