Kompüter təşkili Flashcards
(171 cards)
Kompüterin təşkili prinsipləri hansılardır?
1) Hesablama maşının əsas komponentlərinin tərkibi
2) İkilik kodllaşdırma prinsipi
3) Yaddaşın ünvanlıq prinsipi
4) Yaddaşın iyerarxik (çoxsəviyyəli) təşkili prinsipi
5) Yaddaşın bircinsliyi prinsipi
6) Proqramla idarəetmə prinsipi
Prosessora nələr daxildir?
1) Hesab məntiq qurğusu
2) İdarəetmə qurğusu
HMQ funksiyası nədir?
Verilənləri emal edir
İQ funksiyası nədir?
Proqramın icrasını təmin edir
Xarici yaddaş hansı məqsədlə istifadə olunur?
Uzunmüddətli verilənlərin saxlanılması
Daxili yaddaş hansı məqsədlə istifadə olunur?
Emal zamanı verilənlərin qısa müddətli saxlanılması
Fon Neyman arxitekturası nədən ibarətdir?
prosessor; daxili yaddaş; xarici yaddaş; xaricetmə qurğusu; daxiletmə qurğusu
İkilik kodlaşdırma prinsipi nədir?
Bütün verilənlər ikilik kodda saxlanılır
İkilik kodlaşdırma prinsipinin üstünlüyü nədir?
Verilənləri saxlayan və emal edən qurğu daha sadə olur
Yaddaşın ünvanlıq prinsipi nədən ibarətdir və hansı funksiyaları yerinə yetirir?
1) Operativ yaddaş ayrı-ayrı bitlərdən ibarətdir
2) Qonşu bitlər xanalara birləşir
3) Hər xananın ünvanı (nömrəsi) var
4) Xanaların nömrələnməsi sıfırdan başlayır
5) Birdəfəyə yalnız bütöv xananı oxumaq və ya yazmaq olar
İlk EHM-lərdə xananın ölçüləri neçə bit idi?
36;48;60 bit`
Hal hazırda xananın ölçüsü neçədir?
8 bit
RAM nədir?
Random Access Memory
Xanalardan verilənlərin istənilən ardıcıllıqda oxunması və yazılması
RAM- operativ yaddaş qurğusu (operativ yaddaş)
ROM nədir?
Read Only Memory ( daimi yaddaş qurğusu)
Kompüterin yüklənməsi və yoxlanılması həyata keçirən proqramları saxlayır
Yaddaşa yazmaq mümkün deyil
Yaddaşın iyerarxik təşkilində yaddaşa əsas tələbat nə idi?
Böyük həcm
Müraciət zamanı yüksək sürət
Neçə yaddaş səviyyəsi var və hansılardır?
Daxili yaddaş (kiçik həcm, yüksək sürət)
Xarici yaddaş (böyük həcm, aşağı sürət)
Yaddaşın bircinsliyi prinsipi nədir?
Proqramın kodu ROM-da və ya xarici yaddaşda saxlanılır və məsələnin həlli üçün RAM-a yüklənir.
Proqram və verilənlər eyni yaddaşda saxlanılır
Yaddaşın bircinsliyi prinsipinə hansı arxitektura ziddir?
Harvard arxitekturası-burada proqramlar və verilənlər yaddaşın müxtəlif sahələrində saxlanılır!
Proqram nədir?
Proqram əmrlər yığımıdır
Proqramla idarəetmə prinsipi nədən bəhs edir?
Əmrlər prosessor tərəfindən müəyyən ardıcıllıqla yerinə yetirilir
Əmrlər sayğacı nədir?
Əmrlər sayğacı registr olub növbəti yerinə yetirilən əmrin ünvanını yadda saxlayır
Prosessorun əsas işləmə alqoritmi hansı addımlardan ibarətdir?
1) Əmri seçmək
2) Yerinə yetirilən növbəti əmrin ünvanını əmrlər sayğacına yazmaq
3) Əmri yerinə yetirmək
4) 1-ci addıma keçmək
Başlanğıc ünvan necə verilə bilir?
Əl ilə (İlk EHM-lərdə)
ROM-dan, avtomatik (yoxlama, sonra isə əməliyyat sisteminin yüklənməsi)
Arxitektura nədir?
Kompüterin arxitekturası müəyyən kompüter ailəsinin ümumi qurulma prinsipləridir(PDP, EC, EHM, Apple, İBM, PC…)