Serebro-vaskulyar Xəstəliklər Flashcards
(37 cards)
Serebro-vaskulyar (beyin-damar) xəstəlikləri nədir
-baş beyini qanla təmin edən arterial damarlarda baş verən patologiyalar nəticəsində baş beynin qan dövranının pozğunluğu və bu pozğunluqlarla əlaqədar meydana çıxan müvafiq morfoloji və funksional dəyişikliklərə deyilir
-aterosklerozun beyin forması, hipertoniya xəstəliyinin beyin forması, ya da hər iki xəstəliyin birlikdə inkişaf etmiş beyin formaları nəzərdə tutulur
Beyin qan damarlarının patologiyalarına nələr aiddir
beyin arteriyalarının aterosklerozu
hipertoniya xəstəliyi zamanı beyin arteriollarının hialinozu
Serebro vaskulyar xəstəliklərin etiologiyası və xüsusiyyetleri
Polietioloji
xəstəliklərin başlanma səbəbləri risk faktorları hesab olunur, məs psixo-emosional gərginlik,neqativ stres vəziyyətlər
Patogenezinin əsasını aterosklerozun və hipertoniya xəstəliyinin patogenetik mexanizmləri təşkil edir
Sosial xəstəlikdir
ölüm hallarının təxminən 10%-inin səbəbidir
aterosklerozun beyin formasında aterosklerotik dəyişikliklər əsasən harada olur və nəyə səbəb olur
Villizin arterial qan dövranında və orta beyin arteriyasında
damarların mənfəzlərinin daralmasına
Hipertoniya xəstəliyi zamanı beyin arteriollarının divarında nə baş verir
hialinoz (arterioloskleroz)
arteriolların divarı qalınlaşır
elastikliyini itirir
mənfəzləri daralır
işemik ensefalopatiya nəyə deyilir
beyin maddəsinin işemiyasına və xroniki hipoksiyasına
xroniki serebro-vaskulyar xəstəliklərin morfoloji əsasını təşkil edir
işemik ensefaiopatiya əsasən harada baş verir
orta və ön beyin arteriyaları hövzəsində
işemik ensefalopatiya zamanı nə baş verir
İşemiyaya və xroniki hipoksiyaya daha çox həssas olduqları üçün əsasən beyin yarimkürələri qabının piramid hüceyrələri, gicgah nahiyəsində hipokampın Zimmer zonasının neyronları və beyinciyin Purkinye hüceyrələri zədələnirlər
hüceyrələrin bəzilərində sitoplazmanın asidozu, siloplazmatik zülalların koaqulyasiyası, nüvənin büzüşməsi, daha sonra isə bu neyronların koaqulyasion nekrozu və apoptozu baş verir.
Nekrozlaşmış neyronların yerində qlial reaksiya baş verir, atrofiya inkişaf edir.
Beyin qabığının tədricən atrofiyalaşaraq nazikləşməsinə gətirib çıxarır
işemik ensefalopatiya nəyə səbəb olur
yaddaş pozğunluğu və daha sonra isə ağıl zəifliyinə
arterial qan təzyiqinin stabil yüksəlməsinə
Serebro-vaskulyar xəstəliklərin klinik-morfoloji xüsusiyyətlərindən və gedişindən asılı olaraq növləri
xroniki və kəskin
klinikada beyin qan dövranının kəskin pozğunluqları, yəni kəskinserebro-vaskulyar xəstəliklər necə adlanır
insult
Xroniki serebro-vaskulyar xəstəliklər nədir
baş beyin maddəsinin xroniki hipoksiyası nəticəsində inkişaf edir və baş beyin hüceyrələrinin, xüsusilə də beyin qabığı neyronlarının distrofik və atrofık dəyişikliklərindən ibarətdir.
Kəskin serebro-vaskulyar xəstəliklər nədir
beyin qan dövranının kəskin şəkildə pozulmalarından ibarətdir. Klinikada isə bu xəstəliklər beləcə də, yəni”Beyin qan dövranının kəskin pozğunluğu” adlanır.
Kəskin serebro-vaskulyar xəstəliklərin baş verməsinin bilavasitə səbəbləri
- Beyin damarlarının, xüsusilə də arteriolların və kiçik kalibrli arteriyaların uzun müddətli spazmı.
- Beyin damarlarında tromboz.
- Beyin damarlarının, həmçinin daxili yuxu və onurğa arteriyalarının (preserebral arteriyalar) trombemboliyası.
- Hialinozla əlaqədar elastikliyini itirmiş beyin arteriollarının hipertonik kriz zamanı cırılması
kəskin serebro-vaskulyar xəstəliklərin təsnifatı
A. Baş beynin işemik insultu.
1. İşemik infarkt.2. Hemorragik infarkt.3. Qarışıq infarkt.
B. Baş beynin hemorragik insultu.-Parenximatoz və ya beyin daxili qansızmalar.
1. Hematoma. 2. Hemorragik hopma.3. Subaraxnoidal qansızma.
C. Baş beynin hipertonik (hemorragik) insultönü dəyişiklikləri.
1. Hipertenzion ensefalopatiya (tranzitor işemiya).2. Lakunar dəyişikliklər.3. Subkortikal leykoensefalopatiya.
Baş beynin işemik insultu
-əvvəllər baş beynin infarktı deyilirdi
-tromboz və ya trombemboliya nəticəsində beyindaxili (serebral) və beyinə qədərki (preserebral) arterial damarların mənfəzinin tutulması ilə əlaqədar baş beyin maddəsinin hansısa bir hissəsinin nekrozlaşmasına deyilir.
-baş beynin bütün hissələrində və müxtəlif ölçülərdə ola bilər
-ən çox baş beyin yarımkürələrinin boz maddəsində və qabıqaltı nüvələr nahiyəsində olduğu üçün beynin aparıcı yollarının destruksiyasına və bununla da iflicə səbəb olur.
Baş beynin işemik insultu səbəb
-Adətən serebral ateroskleroz mənşəli olur və beyin damarlarının aterosklerotik dəyişiklikləri fonunda baş verir
-Bəzən isə tromboembolik sindromlar (miokardın transmural və ya subendokardial infarktları, ziyilli və yapolipoz-xoralı endokarditlər və sair), beyin damarlarının kənardan sıxılması vədigər hallarda inkişaf edə bilir
İnfarktın inkişaf mexanizmindən və nekroz ocağının xarakterindən asılı olaraq baş beynin işemik insultlarının növləri
- İşemik infarkt
- Hemorragik infarkt
- Qarışıq infarkt
Baş beynin işemik infarktı
-Baş beyin maddəsinin bütün paylarında və mənfəzi tutulan damarın kalibrindən asılı olaraq müxtəlif ölçülərdə ola bilir.
-qısa müddətdə nekrozlaşan neyronların yerində kollikvasion nekroz
Mikroskopik
-2-3 sutka sonra nekroz ocağının ətrafında demarkasiyası zonası
-Bir neçə sutkadan sonra nekroz ocağının periferik hissələrində makrofaqlardan ibarət infiltrasiya
-Makrofaqların sitoplazmalarında faqositoza uğradılmış lipidlər və mielinlərin parçalanma məhsullarından ibarət çoxlu qranullar olur–>”qranulyar(dənəvər) şarlar”
Makroskopik
-Makroskopik dəyişikliklər infarkt baş verdikdən təxminən 1 sutka sonra aydın görünə bilinir.
-Ağ infarktdır.
-Bu nahiyədə beyin maddəsi parlaqlığını itirərək nisbətən tutqunlaşır və şişkinləşir, bıçaqla kəsdikdə bıçağa yapışır, az elastiki olur, konsistensiyası kövrək və xəmirvari, rəngi ağımtıl-boz rəngdə olur.
-Kollikvasion nekrozla əlaqədar infarkt nahiyəsi tədricən yumşalır.-“beynin boz və ya ağ yumşalması”
-Nekroz hidrolitik autolizə uğrayır və yerində kista əmələ gəlir və həmişəlik olaraq qalır. (Kista kənardan ağımtıl-boz rəngli nazik kapsula ilə əhatə olunur.)
-İşemik infarkt ocağı çox kiçik olarsa, onun yerində kista yox, qlial çapıqcıq da qala bilər
Baş beynin hemorragik infarktı
-Adətən beyin damarlarının trombemboliyası nəticəsində beyin qabığında, çox az hallarda isə qabıqaltı nüvələr nahiyəsində inkişaf edir.
-əvvəlcə ağ infarkt baş verir, sonra isə nekroz ocağına qanın axması nəticəsində qırmızı infarkta çevrilir
Mikroskopik
-nekrozlaşmış neyronlar arasında sərbəst yerləşmiş təzə eritrositlər görünür.
Hemorragiyanın səbəbi
-işemik infarkt baş verdikdən bir neçə gün sonra həmin nahiyədə damarlardakı ikincili nekrotik dəyişikliklərlə əlaqədar inkişaf edir və diabrozin və ya diapedez xarakterli olur.
-Yaxud da işemik nekroz ocağının ətrafındakı demarkasiya zonasındakı paralitik genişlənmiş və kəskin doluqanlı damarlardan eritrositlərin diapedezi hesabına
İşemik infarktla hemorragik infarktın fərqi
hemorragik infarktın yerində hemorragik insultlarda olduğu kimi beynin qırmızı yumşalması baş verir və divarı paslı kista qalır
Baş beyində ağ infarktın qırmızı infarkta çevrilməsi, yəni hemorragik insultun formalaşmasına nə səbəb olur
beyin qan dövranında əhəmiyyətli dərəcədə pozğunluq, venoz durğunluq, xəstələrdə aparılan antikoaqulyant terapiya və s
Baş beynin qarışıq infarktı
-Həm işemik infarkt, həm də hemorragik infarkt ocaqlarından ibarət olur.
-Adətən baş beyin yarım kürələrinin boz maddəsində baş verir.
Baş beynin hemorragik insultu
-baş beyinə qansızma ilə xarakterizə olunan kəskin qan dövranı pozğunluğudur
-ən çox hipertoniya mənşəli olub, xüsusilə də hipertonik krizlər zamanı baş verir. Bəzən beyin damarlarının aterosklerozu fonunda da inkişaf edir.