Ağciyər Xəstəlikləri Flashcards
(185 cards)
Kəskin bronxitlər zamanı mikroskopik müayinədə nə müşahidə edilir
Bronxların selikli qişası şişkinləşmiş,doluqanlı və ödemli olur
Diffuz limfo-leykositar infiltrasiya və kirpikli epitelin deskvamasiyası müşahidə edilir
Bronxların mənfəzində isə selikdən,nekrozlaşmış epiteldən və limfo-leykositar elementlərdən ibarət selikli ekssudat görünür
Klinik olaraq hansı bronxit xroniki bronxit hesab edilir
Ən azı iki il dalbadal və hər il ən az 3 ay müddətində davam edən bronxit
Xronik bronxiti niyə ingilis xəstəliyi adlandırırlar
Böyük Britaniyada çox yayıldığı üçün
Pissinoz peşə xəstəliyi klinik olaraq hansı xəstəlikdir
Xroniki obstruktiv bronxit
Siqaret tüstüsünün xroniki bronxitin inkişafındakı rolu
Prizmatik örtük epitellrəin kirpikciklərinin hərəkət qabiliyyətini zəiflədir— bronxların drenaj funksiyası pozulur
Prizmatik epitelin genetik aparatında mutasiya törədərək çoxqatlı yastı epitelə çevrilir—metaplaziya
Alveolyar makrofaqların aktivliyi aşağı düşür
Prosesin yayılmasına görə xroniki bronxitlərin növləri
Lokal və diffuz xroniki bronxitlər
Lokal xroniki bronxitlər hansı seqmentlər səviyyəsində olur
II,VI,VIII,IX,X seqmentləri səviyyəsində
Xroniki bronxiti kəskin bronxitdən fərqləndirən başlıca xüsusiyyət hansıdır
Sklerotik dəyişikliklərin olması
Bronxostenoz
Bronx mənfəzinin daralması
Bronxoektaziya
Bronx divarlarının deformasiya edərək bayıra doğru qabarmalar əmələ gətirməsinə ,stabil genişlənməsinə deyilir
İltihabın xarakterinə görə xroniki bronxitlərin hansı növləri vardır
Ekssudativ xroniki bronxit
Proliferativ xroniki bronxit
Ekssudativ xroniki bronxit
Qədəhəbənzər hüceyrələrin sayı artır—selikli kataral,kataral-irinli,selikli-irinli kataral ekssudat müşahidə edilir
Selikli qişa atrofiyalaşır,vəzli strukturların kistoz dəyişiklikləri baş verir
Prizmatik epitel hüceyrənin metaplaziyası baş verə bilər—çoxqatlı yastı epitelə çevrilə bilər
Yaş öskürək baş verir—irinli və selikli bəlğəm xaric olur
Proliferativ xroniki bronxit
Proliferativ reaksiya üstünlük təşkil edir
Quru öskürək—ekssudat olmur
Selikli qişada çoxlu miqdarda limfo-leykositar infiltrasiya —təzə birləşdirici toxuma inkişafı,qranulyasiya toxumasının inkişafı baş verir—selikli qişadan mənfəzə doğru çıxıntılar şəklində iltihab polipləri əmələ gəlir
Polipoz xroniki bronxit də adlanır
Xroniki bronxit nəticəsi olaraq ağciyərdə hansı dəyişikliklər olur
Alveolların atelektazı və ya emfizeması,pnevmoniya,pnevmoskleroz
Bronxoektaziya lokal bir hissədə baş verirsə necə adlanır
Kisəşəkilli bronxoektaziya
Bronxoektaziya diffuz şəkildə baş verərsə necə adlanır
Slindrik bronxoektaziya
Bronxoektaziyanın hansı formalarına rast gəlinir
Təsbehəbənzər,iyəbənzər,kistayabənzər,kisəşəkilli,slindrik
Kisəşəkilli bronxoektaziyalar hansı bronxlarda baş verir
İri və orta kalibrli ,proksimal bronxlarda
Slindrik bronxoektaziyalar hansı bronxlarda baş verir
Xırda və distal bronxlarda
Anadangəlmə kistoz ağciyər nədir
Anadangəlmə bronxoektaziyadır
Bəzi bronxların bronxiol və alveola keçmədən kistoz genişlənmə əmələ gətirərək kor bitməsidir
Qazanılmış bronxoektaziyalar əsasən nə səbəbə inkişaf edir
Xroniki bronxitlərin ağırlaşması kimi,broxların mənfəzinin obstruksiyası və bronxial astmadan sonra inkişaf edə bilər
Şanabənzər ağciyərə nə zaman rast gəlinir
Bronxioloektaziyalar zamanı ağciyəri kəsdikdə kəsik səthində divarları ağ rəngdə olan çoxlu miqdarda genişlənmiş breonxioldan ibarət boşluqlar görünür
Bronxoektaziyalar zamanı bronx divarında baş verən dəyişikliklər
İrinli iltihabi dəyişikliklər,selikli qişanın selikli-irinli ekssudatı
Örtük epitelin metaplaziyası
Vəzli strukturların və Selikli qişanın atrofiyası,limfo-leykositar infiltrasiyası
Elastiki strukturların və bazal membranın destruksiyası—sklerozlaşma və hialinozlaşma
Bronxoektaziyalar zamanı bronx divarında baş verən dəyişikliklər
İrinli iltihabi dəyişikliklər,selikli qişanın selikli-irinli ekssudatı
Örtük epitelin metaplaziyası
Selikli qişanın atrofiyası,limfo-leykositar infiltrasiyasl